“32”lər: Allan Lalinin yoldaşları
04.06.2010 - 23:01
Dünya çempionatının final mərhələsinin startına 6 gün qalıb. Yarış iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı bu dəfə oxucularını Honduras yığması ilə tanış edir.
Dosye
Federacion Nacional Autonoma de Futbol de Honduras (Honduras Milli Muxtar Futbol Federasiyası)
Federasiya prezidenti: Rafael Kalyexas
Yaranma tarixi: 1951
1951-ci ildən FİFA, 1951-ci ildən CONCACAF-ın üzvüdür.
Ləqəbləri: Los Catrachos, La Bicolor (İki rənglilər)
Rəngləri: ağ və göy
Baş məşqçi: Reynaldo Rueda (Kolumbiya)
Tarixinin ilk oyunu: Qvatemala 1:10 (1921-ci il)
Yığmada ən çox oyun keçirənlər: Amado Qevara (131), Karlos Pavon (96), Milton Nunyes (88)
Yığmada ən çox qol vuranlar: Karlos Pavon (57), Uilmer Velaskes (35), Milton Nunyes (34)
Məşhur oyunçuları: Ektor Selayya, Gilberto Yervud, Porfirio Betankur, Xose Roberto Fiqeroa, Eduardo Lainq, Ramon Maradyaqa, Amado Qevara, Uilmer Velaskes, Saul Martines, Karlos Pavon, Milton Nunyes, İvan Gerrero, Danilo Turkios, Xulio Sezar de Leon, Samuel Kabalyeora, Noel Valyadares, Uilson Palasios, Maynor Fiqeroa, Karlos Kostli, David Suaso
Nailiyyətləri
Honduras yığması tarixində ikinci dəfə mundialın iştirakçısı olacaq. Mərkəzi amerikalılar 28 il əvvəl İspaniyadakı turnirdə də mübarizə aparmışdı. CONCACAF birinciliklərində daha yaxşı çıxış edən iki rənglilər 1991-ci ildə gümüş, 2005 və 2009-cu ildə bürünc mükafatın sahibi olub. Doqquz il əvvəl isə honduraslılar Amerika kubokunun üçüncü komandası adını qazanıb.
DÇ yolunda
Seçmə mərhələyə ikinci raunddan qoşulan Ruedanın yetirmələri Puerto-Riko ilə duelin taleyini ilk qarşılaşmada həll edə bildi – 4:0, 2:2. Üçüncü mərhələdə Meksika (1:2, 1:0), Kanada (2:1, 3:1), Yamayka (2:0, 0:1) yığmaları ilə mübarizə aparan komanda qrupun ən yaxşısı kimi həlledici oyunlara vəsiqə qazandı. Kosta-Rika (0:2, 4:0), Trinidad və Tobaqo (1:1, 4:1), Meksika (3:1, 0:1), ABŞ (1:2, 2:3) və Salvador (1:0, 1:0) milliləri ilə qarşılaşan honduraslılar üçüncü yeri tutmaqla, CAR-a birbaşa vəsiqə qazandılar.
Kobud yığma
Bicolorun oyununun özəyini təslim olmamaq və bəzən kobudluqla əvəzlənən sərt futbol təşkil edir. Honduraslı futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparmağı sevir. Bu da təsadüfi deyil. Yığmanın iki dayaq yarımmüdafiəçisi – Hemdri Tomas və Uilson Palasios İngiltərə Premyer Liqasının ən çox mübarizəyə girişən 10 futbolçusu siyahısında yer alır. Mərkəzi amerikalıların bu mübarizliyi orta hesabla hər qarşılaşmada 2-dən çox sarı vərəqə almaqla nəticələnir.
Oyunlarının təqvimi
16.06.2010 Çili
21.06.2010 İspaniya
25.06.2010 İsveçrə
Mundial iştirakçısı və biz
Azərbaycan üçün 2009-cu ilə qədər Honduras futbolu yad sayılırdı. Lakin ötən yay Bicolorun sabiq futbolçusu Allan Lalin ölkəmizə transfer olunmaqla, bu mənada cığıraçan oldu. “Xəzər-Lənkəran”ın transferi mövsüm ərzində çempionat və kubokda üst-üstə 34 oyun keçirib 10 qol vurdu. Üç gün əvvəl isə iki ölkə komandaları tarixlərində ilk dəfə üz-üzə gəldi. Millilərin Avstriyadakı duelində qalib müəyyənləşmədi – 0:0.
Apasport.az-ın proqnozu: qrup mərhələsində sonuncu yer.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0