Dünya çempionatının ən yaşlı və gənc komandaları
04.06.2010 - 15:14
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında iştirak edəcək ən yaşlı və cavan komandaları bəlli olub. Apasport.az saytının məlumatına görə, heyətinə ən yaşlı futbolçuları Braziliya millisi yığıb. Belə ki, 5 qat dünya çempionlarının mundiala apardıqları komandada orta hesabla yaş həddi 29 yaş 60 gündür.
Final mərhələsinin ən cavan millisi isə Qana futbolçularıdır. Onlar orta hesabla 24 yaş 300 “günlükdürlər”.
Dünya çempionatının ən cavan futbolçusunun Kristian Eriksenin olduğu müəyyənləşib. Danimarka yığmasının heyətində yer alan gənc oyunçu 18 yaş 117 günlüyündə həlledici mərhələdə iştirak etmək hüququ qazanıb. CAR-a gələcək futbolçular arasında ikinci gənc Eriksendən cəmi 23 gün sonra anadan olan hollandiyalı Sander Boşkerdir.
Xatırladaq ki, mundialın ən yaşlısı İngiltərənin qapıçısı Devid Ceymsdir (39 yaş 314 gün).

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0