Mundial iştirakçıları arasında dəyişiklik
07.06.2010 - 11:10
Dünya çempionatının final mərhələsində çıxış edəcək Nigeriya milli komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” klubunda çıxış edən Con Obi Mikel CAR-da təşkil olunacaq yarışda iştirak etməyəcək.
Buna futbolçunun ciddi zədələnməsi səbəb olub. Yarımmüdafiəçinin bərpa olunacağına ümid edən yığma rəhbərliyi onun adını son iştirak ərizəsinə daxil etsə də, artıq dəyişiklik etməyə məcbur olub. Conu Nigeriya yığmasında Fransanın “Soşo” klubunda çıxış edən Braun İdeye əvəzləyib.
Qeyd edək ki, Obi Mikelə qədər “Çelsi”nin daha bir ulduzu Mixael Ballakın da mundialdan kənar qalacağı dəqiqləşmişdi. London təmsilçisinin zədələnən daha bir oyunçusu Didye Droqbanın da durumu ağır olsa da hələlik o iştirak ərizəsindən çıxarılmayıb.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0