İlyumjinov – Karpov – 35:21
07.06.2010 - 12:38
Sentyabrın 19-dan oktyabrın 4-dək Rusiyanın Xantı-Mansiysk şəhərində baş tutacaq Olimpiyada zamanı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezident seçkiləri də keçiriləcək. Bu post uğrunda əsas mübarizə FİDE-nin hazırkı prezidenti Kirsan İlyumjinov və keçmiş dünya çempionu Anatoli Karpov arasında gedir.
Apasport.az saytının məlumatına görə, artıq 55 ölkə bu seçkilərdə öz namizədinin adını açıqlayıb. Belə ki, dəstək olan ölkələrdən 35-i İlyumjinovu, 21-i isə 2010-2014-cü illərdə FİDE-nin prezidenti kimi Karpovu görmək istədiklərini bildiriblər. Maraqlıdır ki, namizədlərin ikisini də dəstəkləyən yeganə ölkə Rusiyadır.
Azərbaycan isə şimal qonşularımızdan fərqli, FİDE-də prezident dəyişikliyinin əleyhinədir. “Mən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi bu postda yenə də Kirsan İlyumjinov görmək istəyirəm. O, Azərbaycanla gözəl münasibətdədir və həmişə ölkəmizdə şahmatın inkişafı üçün köməklik göstərən bir insandır. Lakin federasiya prezidenti Elman Rüstəmovun kimə səs verəcəyini mən deyə bilmərəm. Çünki bu barədə hələ rəsmi açıqlama olmayıb” – deyə, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bildirib.
Onun sözlərinə görə, prezident seçkilərində Elman Rüstəmov da iştirak edəcək.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0