Avropa çempionatında mübarizəni dayandıran boksçularımızın sayı 9-a çatdı
08.06.2010 - 09:42
Rusiyanın paytaxtı Moskvada keçirilən boks üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın son günündə rinqə çıxan 2 boksçumuzdan heç biri qələbə sevinci yaşamayıb.
Belə ki, almaniyalı Denis Makarov üz-üzə gələn Heybətulla Hacıəliyev (57 kq) rəqibinin 10 dəqiq zərbəsinə cəmi 1 zərbə ilə cavab verib və yarışa vaxtından əvvəl “əlvida” deyib. Ondan fərqli, Rəşad Abdullayev (91 kq) döyüşü heç sona kimi də davam etdirə bilməyib. Denis Poyatsika (Ukrayna) ilə qarşılaşan boksçumuz texniki məğlubiyyətlə üzləşib və hesab 2:20 olarkən hakim görüşü saxlayaraq, ukraynalı idmançının qələbəsini təsdiqləyib.
Beləliklə, Avropa çempionatının ilk 3 günündə rinqə çıxan 10 boksçumuzdan yalnız Məhəmməd Abdulhəmidov (51 kq) növbəti mərhələyə yüksəlib. Yığmamızın digər üzvləri - İlkin Ağayevin (54 kq), Heybətulla Hacıəliyev (57 kq), Romal Amanov (60 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Ramazan Məhəmmədov (81 kq), Emil Məhərrəmov (64 kq), Rəşad Abdullayev (91 kq) və Fərid Paşayev (+91 kq) ilk mərhələdəcə mübarizəni dayandırıblar.
Qeyd edək ki, boksçularımızdan bu gün mübarizəyə Elvin Məmişzadə (48 kq) qoşulacaq. O, ilk görüşündə Rusiya təmsil edən erməni əsilli David Ayrapetyanla qarşılaşacaq.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0