Siyasətçilər futbolçuların çox pul qazanmasından narazıdır
08.06.2010 - 11:25
Dünya çempionatının final mərhələsində İtaliya milli komandasına vəd olunan mükafatların məbləği ölkədə birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, futbolçuların böyük paralar qazanmaq ehtimalı müəyyən dairələrdə qısqanclığa da səbəb olub.
Xüsusilə italiyalı siyasətçilər bu mükafatların böyük olduğunu düşünür. Onlardan biri senator Roberto Kalderoli İtaliya Futbol Federasiyasına müraciətində mükafatın məbləğini aşağı salmağı tövsiyə edib. O, bütün dünyanı hələ də narahat edən böhrana futbol aləmində biganə qalınmasını ədalətsiz sayır: “İştahanızı azaldıb, dünyaya baxın. Sizin böhranın qurbanlarından xəbəriniz yoxdur. Mükafatların azaldılması əla jest olar”.
İtaliya yığmasının canlı əfsanələrindən olan Canluici Buffon senatorun cavabını verməyi vacib sayıb: “Mən mükafatların bir hissəsindən imtina edərəm. Lakin mənə əvvəl başa salsınlar görüm, qənaət olunan pullar hara və nəyə xərclənəcək”.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0