“Zədəm yenilənsə də, karyeramı bitirməyi ağlıma belə gətirmirəm” - FOTO
08.06.2010 - 23:00
“Dünya kubokuna aparılmamağım zədə səbəbindəndir. Ötən ay Sankt-Peterburqda keçirilən Avropa çempionatı ərəfəsində zədələndikdən sonra hələ də özümə gələ bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə Azərbaycan yığmasının üzvü Rəşad Əhmədov deyib.
O bildirib ki, 15 gün müalicə olunduqdan sonra hər şey qaydasında olsa da, məşqə çıxan kimi yenidən həmin zədə təzələnib: “Komanda Avropa çempionatından vətənə qayıtdıqdan sonra baş məşqçimiz zədə ilə maraqlandı. Mən də öz növbəmdə müalicə olunduğumu dedim və problem yaranmayacağını söylədim. Yığmanın heyətində Kanadaya beynəlxalq turnirə yollanmalı idim. Müəyyən vaxt hazırlıq keçmədiyimdən məşqlərə başladım və özümü qorumadım. Elə ilk gündə yenidən zədələndim. Ancaq indi yavaş-yavaş hər şey qaydasına düşür. Dünya kubokuna getməsəm də, artıq qaçışlara başlamışam. İnanıram ki, komanda Bakıya qayıtdıqdan sonra onlara qoşulacağam”.
Afina-2004 və Pekin-2008-in iştirakçısı zədəsinin yenidən büruzə verəcəyini də istisna etmir. Lakin buna baxmayaraq, Əhmədov karyerasını bitirmək barədə düşünmür: “Mənim uğurlarım hələ irəlidədir. Zədəm yenilənsə də, məşqlərimi davam etdirəcəyəm. Karyeramı bitirməyi ağlımdan belə keçirmirəm. Bu barədə o vaxt fikirləşə bilərdim ki, diz bağlarım qırılsın və ya daha ciddi zədə alım. Mənim zədəmi həkimlər də ciddi saymırlar. Bunun üçün yenidən yarışlara qatılacağam və qələbələrimlə komandamıza öz töhfəmi verəcəyəm”.
Əhmədov çıxış etdiyi 80 kq çəki dərəcəsində rəqabətdən də çəkinmir. O, Avropa çempionatında yerini qitə birincisi İlkin Şahbazova versə də, komanda yoldaşının məcburiyyətdən Sankt-Peterburqa aparılması qənaətindədir: “İlkin Avropa çempionatında məni əvəzləsə də, bu məcburiyyətdən atılan addım idi. Çünki o, öz çəkisində səfərə yollanmayacaqdı. Mənim zədələnməyim isə İlkinin yolunda “yaşıl işıq” yandırdı. Lakin onun üçün bu çəkidə mübarizə aparmaq çətindir. Bunun üçün komanda yoldaşım yenidən öz çəkisinə qayıdacaq”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0