Polşa milli komandası Azərbaycan yığmasının gününə düşdü
09.06.2010 - 08:59
Dünya çempionatının final mərhələsinə hazırlaşan milli komandalar növbəti yoxlama oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, CAR-da keçirilən mundialın favoritlərindən sayılan İspaniya yığması növbəti inamlı qələbəsini qazanıb.
Visente del Boskenin yetirmələri Polşa ilə oyunda qüvvəsini sınayıb. Pireney təmsilçisi Afrikaya səfər ərəfəsində keçirdiyi son sınaqda 6 cavabsız qol vurub. Hər qolu bir futbolçunun vurduğu qarşılaşma ilə ispaniyalılar ötən ilki tarixi təkrarlayıb. Məsələ ondadır ki, onlar bir il əvvəl elə CAR-da keçirilən Konfederasiyalar Kuboku ərəfəsindəki son oyunda da 6:0 hesabı ilə qalib gəlmişdi. Maraqlıdır ki, həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionuna çıxan Avropa çempionlarının qurbanı Azərbaycan milli komandası olmuşdu. Bir il sonra isə yığmamızın taleyini polşalılar yaşadı.
Günün digər yoxlama oyununda da favorit zəif rəqibə “dərs keçib”. Yalnız bir hissə müqavimət göstərən Mozambik futbolçuları Portuqaliya qarşısında bundan artıq tab gətirməyib.
İspaniya – Polşa – 6:0
Vilya, 12, Silva, 14, Xabi Alonso, 51, Fabreqas, 58, Torres, 76, Pedro, 81
Portuqaliya – Mozambik – 3:0
Dani, 53, Almeyda, 75, 83

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0