Mundial qadağaları
10.06.2010 - 11:14
Mundial qadağaları
Dünya çempionatının oyunlarını stadiondan izləyən azarkeşlər bir sıra qadağalarla üzləşəcək. Apasport.az saytının məlumatına görə, arenalara qablaşdırılmış olsa belə, yemək və içki gətirməyə qəti qadağa qoyulub.

Əvəzində afrikalıların sevimli zurnası sayılan vuvuzela, habelə binokldan istifadə etməyə icazə var. Stadiona lazer əşyaları, çətirlə, alkoqollu içki, narkotik, alışdırıcı əşyalar və səs gücləndirici aparat gətirmək qadağandır. Bu haqda oyuna satılmış biletlərin üstündə ətraflı məlumat yazılıb.

Qeyd edək ki, bütün stadionlar hakimin start fitinə 3 saat qalmış açılacaq. Buna görə də diqqətli və işsiz azarkeşlər növbədən yaxa qurtara biləcək.