İtaliya Braziliyanı, Braziliya Almaniyanı qovur
10.06.2010 - 11:40
İtaliya Braziliyanı, Braziliya Almaniyanı qovur
Sabah Cənubi Afrika Respublikasında sayca 19-cu dünya çempionatının final mərhələsinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, arxada qalan 18 turnirin mükafatlarını elə 18 yığma qazanıb. Qazanılan çempionluqların sayında Braziliya, mükafatların ümumi sayında isə Almaniya hamıdan öndədir.

Afrikadakı birincilik Avropa və Cənubi Amerika arasında balansı da pozacaq. Belə ki, indiyə qədər çempion titulunu qazanan 7 komanda hər qitəyə 9 kubok bəxş etmişdi. Köhnə qitə və ya okeanın o tayından olan rəqiblərinin 10-cu dəfə zəfər çalmasına isə yalnız sensasiya mane ola bilər.


Dünya çempionatlarının mükafatçıları

N

İl

Təşkilatçı ölkə

qızıl

gümüş

bürünc

1

1930

Uruqvay

Uruqvay

Argentina

ABŞ

2

1934

İtaliya

İtaliya

Çexoslovakiya

Almaniya

3

1938

Fransa

İtaliya

Macarıstan

Braziliya

4

1950

Braziliya

Uruqvay

Braziliya

İsveç

5

1954

İsveçrə

AFR

Macarıstan

Avstriya

6

1958

İsveç

Braziliya

İsveç

Fransa

7

1962

Çili

Braziliya

Çexoslovakiya

Çili

8

1966

İngiltərə

İngiltərə

AFR

Portuqaliya

9

1970

Meksika

Braziliya

İtaliya

AFR

10

1974

AFR

AFR

Hollandiya

Polşa

11

1978

Argentina

Argentina

Hollandiya

Braziliya

12

1982

İspaniya

İtaliya

AFR

Polşa

13

1986

Meksika

Argentina

AFR

Fransa

14

1990

İtaliya

AFR

Argentina

İtaliya

15

1994

ABŞ

Braziliya

İtaliya

İsveç

16

1998

Fransa

Fransa

Braziliya

Xorvatiya

17

2002

Cənubi Koreya
və Yaponiya

Braziliya

Almaniya

Türkiyə

18

2006

Almaniya

İtaliya

Fransa

Almaniya

19

2010

CAR


Dünya çempionatının mükafatları

yer

Ölkə

qızıl

gümüş

bürünc

Mükafatların
ümumi sayı

1

Braziliya

5

2

2

9

2

İtaliya

4

2

1

7

3

Almaniya

3

4

3

10

4

Argentina

2

2

0

4

5

Uruqvay

2

0

0

2

6

Fransa

1

1

2

4

7

İngiltərə

1

0

0

1

8

Çexoslovakiya

0

2

0

2

9

Hollandiya

0

2

0

2

10

Macarıstan

0

2

0

2

11

İsveç

0

1

2

3

12

Polşa

0

0

2

2

13

ABŞ

0

0

1

1

14

Avstriya

0

0

1

1

15

Çili

0

0

1

1

16

Portuqaliya

0

0

1

1

17

Türkiyə

0

0

1

1

18

Xorvatiya

0

0

1

1