“O, çempionatın ən bərbad hakimidir”
17.06.2010 - 09:40
“Uruqvayla oyun bizim üçün həyati dərəcədə vacib idi. Lakin biz bu matçda xal qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri CAR milli komandasının baş məşqçisi Karlos Alberto Parreyra deyib. Dünya çempionatının final mərhələsinin ikinci turunda Uruqvaya 0:3 hesabı ilə uduzmaqla 1/8 final şanslarını minimuma endirən meydan sahiblərinin baş məşqçisi qarşılaşmadan sonra oyunun baş hakimini ciddi tənqid edib.
Braziliyalı mütəxəssis nəticədə isveçrəli hakim Massimo Buzakkanın əli olduğunu düşünür: “Mundialdakı ikinci oyunumuzda ən azı heç-heçə etməyə borclu idik. Niyə alınmadı? Çünki rəqib komandaya Buzakka kömək etdi. Düşünürəm ki, hal-hazırda o dünya çempionatının ən bərbad hakimidir. Ümid edirəm ki, bir də onun sifətini görməyəcəyəm”.
Qeyd edək ki, CAR milli komandasının qapısına penalti təyin edən isveçrəli onların bir futbolçusuna qırmızı vərəqə də göstərib.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0