Avropa çempionu İspaniya yığmasını tənqid etdi
17.06.2010 - 09:53
İspaniya milli komandasının sabiq baş məşqçisi Luis Araqones həmyerlilərinin dünya çempionatının final mərhələsinə məğlubiyyətlə başlamasından narazı qalıb. Apasport.az saytının məlumatına görə, iki il əvvəl milli komandasına Avropa çempionluğu qazandırdıqdan sonra istefa verib Türkiyənin “Fənərbaxça” klubuna keçən mütəxəssis İsveçrəyə məğlubiyyətin səbəblərini açıqlayıb.
Araqones 0:1 hesablı məğlubiyyətə görə xələfi Visente del Boske və komandanı ciddi tənqid atəşinə tutub: “Komandanın üzvlərində topsuz olan vaxtı sürət çatmırdı. Futbolçular ləng hərəkət edir, boş zonalar tapmırdı. Qol vurmaq üçün sürətlə və qətiyyətlə hərəkət etmək lazım idi. Bundan başqa heyət də düzgün qurulmamışdı. İki müdafiəyə meylli yarımmüdafiəçi ilə oynamağın heç bir səmərəsi yoxdur. Mən həmişə bir belə futbolçunu meydana buraxırdım”.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0