Məşhur futbolçu dünya çempionatında qarət edildi
17.06.2010 - 10:43
Dünya çempionatının keçirildiyi Cənubi Afrika Respublikasında növbəti qarət hadisəsi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “qara qitədə” bu dəfə oğrular “Roma” klubunun və Argentina millisinin sabiq hücumçusu Qabriel Batistutanı hədəf seçiblər.
Belə ki, veteran futbolçunun Yohannesburq şəhərində qaldığı oteldə hər şeyi oğurlanıb. “Çağırılmamış qonaqlar” Batistutanın otağından kredit kartını, bütün əşyalarını və böyük məbləğdə pulunun götürərək aradan çıxmağa müvəffəq olublar. Məşhur futbolçu həmin vaxt barda olduğunu deyib: “Mən bara getmişdim. Orada istirahətim cəmi 2 saat çəkdi. Geriyə qayıdanda isə otağımda heç nə qalmamışdı. Amma mən elə bilirdim ki, bizim otel ən yüksək səviyyədə qorunur”.
Qeyd edək ki, FİFA prezidenti Yozef Blatter də argentinalı futbolçunun qaldığı oteldə məskən salıb.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0