Fransız xalqı kef etmir...
18.06.2010 - 00:19
Fransız xalqı kef etmir...
Bu gün dünya çempionatında növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, əvvəl B qrupunun komandaları II turun qarşılaşmalarını keçiribsə, günün son matçında A qrupunda tura yekun vurulacaq.

Argentina və Cənubi Koreya yığmaları arasında keçirilən ilk görüş sensasiyasız bitib. İlk turdakı məzmunsuz oyuna görə tənqidlərə məruz qalan cənubi amerikalılar qrup liderlərinin oyununda böyük hesablı qələbə qazanıb. Bu qarşılaşmada hesabı koreyalılar öz qapısına qol vurmaqla açıb. Ardınca “Real”ın qol silahı olan Qonzalo İquayn coşub ki, bu da asiyalıların qapısına 3 qolun vurulması ilə nəticələnib. Bununla da 23 yaşlı futbolçu mundialın ilk het-trikinə imza atıb.

Bu qələbə sayəsində Argentina 1/8 finalın bir addımlığınadək irəliləyib. Son tur ərəfəsində növbəti mərhələyə vəsiqənin təmin olunması üçün onlara Yunanıstanın xal itirməsi lazım idi. Belə ki, Nigeriya Ellada təmsilçisinə uduzmayacağı halda Dieqo Maradonanın yetirmələrini qrupdan çıxaracaqdı.

Afrikalılar oyunun əvvəlində Yunanıstanın qapısına yol tapsa da Kalu Uçenin aldığı qırmızı vərəqə Lars Laqerbekin yetirmələrini çətin vəziyyətdə qoyub. Belə erkən, ən əsası isə lüzum olmayan yerdə alınan qırmızı vərəqədən sonra təxminən 1 saat azlıqda oynamalı olan afrikalılar hesabı qoruya bilməyib. İki qol vuran yunanlar əzmkar qələbə qazanmaqla bütün komandaların 1/8 final şansları qalıb.

Hazırda qrup llideri olan Argentina yalnız o halda qrupda qalacaq ki, son turda koreyalılar Afrika təmsilçisini istənilən hesabla, Otto Rehagelin yetirmələri isə Argentinanı ən azı 5 top (?!) fərqiylə məğlub edəcək. Bu halda nigeriyalılardan başqa hər 3 komanda 6 xala malik olacaq və top fərqi cənubi amerikalıları qrupda saxlayacaq. Bu variant mümkünsüz olsa da nəzəri cəhətdən mövcuddur.

Nigeriya isə pley-off mərhələsinə çıxmaq üçün ən azı 2 top fərqiylə qalib gəlməli, üstəlik Argentinanın yunanları məğlub etməsinə ümd etməlidir. İkinci yeri tutmaq baxımından Yunanıstanın işi daha çətin olacağı halda asiyalılar daha şanslı görünür.

Günün son matçında isə son dünya çempionatının finalçısı Fransa yığması ağır zərbə alıb. Raymond Domenekin yetirmələri bu dəfə də qol vurmamaqla, 1/8 final şanslarını möcüzəyə bağlayıb. Meksika yığmasının bu qələbəsindən sonra demək olar ki, Amerika təmsilçiləri növbəti mərhələnin astanasındadır.

Bu vəzifənin öhdəsindən gəlmək üçün Uruqvayla Meksikanın öz aralarında heç-heçə etməsi də kifayətdir. Lakin bu bərabərlik daha çox cənubi amerikalılara sərf edir. Çünki ikinci yerin sahibi böyük ehtimalla 1/8 finalda Argentina ilə görüşəcək. Bunu isə yəqin ki, heç bir komanda arzulamır. Məhz bu amil Meksika yığmasını son turda qələbə qazanmağa vadar edəcək.

Fransa və CAR yığmalarının taleyi isə öz əllərində deyil. Qrup səddini aşmaq üçün ən qələbə qazanmaqla yanaşı, Domenekin yetirmələri Meksikanın, afrikalılar isə Uruqvayın qələbə qazanmasını arzulamalıdır. Özü də bu matçlardakı top fərqi də münasib olmalıdır.

17 iyun
B qrupu


16:30. ARGENTİNA – CƏNUBI KOREYA - 4:1
QOLLAR: Park Çu Yunq, 17 (avtoqol); Qonzalo İquain, 33; 77; 80 - Li Çunq Yonq, 45+1
Baş hakim: Frank de Blekere (Belçika)
Yohannesburq. Sokker Siti stadionu
ARGENTİNA: 22. Serxio Romero, 2. Martin Demişelis, 13. Valter Samuel, 6. Qabriel Hayntse, 17. Yonas Qutyerres, 14. Xavyer Maskerano, 20. Maksi Rodriges, 7. Angel Di Mariya, 10. Lionel Messi, 11. Karlos Teves, 9. Qonzalo İquain
CƏNUBİ KOREYA: 18. Yunq Sunq Ryonq, 2. O Bom Sok, 12. Li Yunq Pyo, 4. Ço Yonq Hyunq, 14. Li Yunq Su, 8. Kim Yunq Vu, 16. Ki Sunq Yonq, 7. Park Ji Sunq, 17. Li Çunq Yonq, 10. Park Çu Yunq, 19. Em Ki Xyun

19:00. YUNANISTAN – NİGERİYA - 2:1
QOLLAR: Dimitris Salpinqidis, 44, Vassilis Torosidis, 72 - Kala Uçe, 16
QIRMIZI VƏRƏQƏ: Sani Kayta, 33
Baş hakim: Oskar Ruis (Kolumbiya)
Blumfonten. Fri Steyt stadionu
YUNANISTAN: 12. Aleksandros Tsorvas, 11. Lukas Vintra, 8. Avraam Papadopoulos, 15. Vassilis Torosidis, 16. Sotiris Kirgiakos, 19. Sokratis Papastatopulos, 10. Giorqos Karaqunis, 21. Kostas Katsuranis, 6. Aleksandros Tsiolis, 14. Dimitris Salpinqidis, 17. Fanis Gekas
NİGERİYA: 1. Vinsent Enyeama, 17. Çidi Odia, 6. Danni Şittu, 2. Jozef Yobo, 3.Taye Tayvo, 11. Peter Odemvingi, 20. Dikson Etuhu, 15. Haruna Lukman, 14. Sani Kayta, 8. Yakubu Ayeqbeni, 12. Kala Uçe

1

Argentina

2

2

0

0

5-1

6

2

C. Koreya

2

1

0

1

3-4

3

3

Yunanıstan

2

1

0

1

2-3

3

4

Nigeriya

2

0

0

2

1-3

0



A qrupu

23:30. FRANSA – MEKSİKA - 0:2
QOLLAR: Ernandes, 64; Blanko, 79 (p)
Baş hakim: Xəlil Əl Qəmdi (Səudiyyə Ərəbistanı)
Polokvane. Peter Mokaba stadionu
FRANSA: 1. Hugo Loris, 2. Bakari Sanya, 5. Uilyam Qallas, 3. Erik Abidal, 13. Patris Evra, 14. Ceremi Tulalan, 19. Abu Diabi, 21. Nikolas Anelka, 7. Frank Riberi, 15. Floran Maluda, 12. Tyeri Anri
MEKSİKA: 1. Oskar Peres, 16. Efrain Xuares, 4. Rafael Markes, 2. Fransisko Rodriqes, 3. Karlos Salsido, 6. Xerardo Torrado, 12. Pol Aquilar, 5. Rikardo Osorio, 17. Covani Dos Santos, 9. Gilyermo Franko, 11. Karlos Vela

1

Uruqvay

2

1

1

0

3-0

4

2

Meksika

2

1

1

0

3-1

4

3

Fransa

2

0

1

1

0-2

1

4

CAR

2

0

1

1

1-4

1



Bombardirlər: Qonzalo İquain (Argentina) – 3, Dieqo Forlan (Uruqvay) – 2.