Mundial iştirakçısı: Futboldakı kumirim Azərbaycanda oynayır!
17.06.2010 - 17:26
Dünya çempionatının iştirakçısı olan Uruqvay yığmasının hücumçusu Edinson Kavani Azərbaycanda oynayan futbolçunu özünə kumir seçib. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” və “İnter” klublarının şərəfini qorumuş Valter Quqlemon mundialın həyəcanını yaşayan futbolçunun idealıdır.
Özü də Quqlemon 23 yaşlı Kavani üçün yad isim deyil. Məsələ ondadır ki, İtaliyanın “Palermo” klubunda oynayan Edinson kumiri kimi özündən 9 yaş böyük qardaşı Valteri seçib: “Bilirsiniz, futbolda kumirim kimdir? Bu böyük qardaşım Valter Quqlemondur. O, vaxtilə yığmamızda da oynayıb. Son vaxtlar isə Azərbaycanda çıxış edir”.
Mundialın ən parlaq oyunlarından biri sayılan Uruqvay – CAR matçının iştirakçısı olan Kavani start heyətində meydana çıxmaqla komanadasının böyük hesablı qələbəsində (3:0) rol oynayıb. Uruqvayın 7 nömrəli formasını daşıyan Kavani bu matçda 89 dəqiqə meydanda olub.
Qeyd edək ki, 2007-ci ilin yayında ölkəmizə gələn Quqlemon ilk iki mövsümü “İnter”, ötən çempionatda isə “Neftçi”də çıxış edib. 32 yaşlı hücumçu “İnter”lə çempion, gümüş medal qazanıb, çempionatımızın bombardiri olub. “Neftçi”də möhkəmlənə bilməyən Valter mövsüm bitən kimi komandadan çıxarılıb.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0