Raymond Domenek: Mənim sadəcə, deməyə sözüm yoxdur
18.06.2010 - 09:05
“Mənim sadəcə olaraq, deməyə sözüm yoxdur. Bu, bizə inananların hamısı üçün böyük üzüntüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransa milli komandasının baş məşqçisi Raymond Domenek deyib. Dünya çempionatının final mərhələsinin ikinci turunda Meksikaya uduzmaqla (0:2) 1/8 final şanslarını minimuma endirən fransızların çalışdırıcısı matçdan sonra məyusluğunu gizlətməyib: “Biz çalışırdıq ki, yaxşı oynayaq. Lakin hər dəfə nəsə alınmırdı. Qarşıda daha bir oyunumuz qalıb. Həmin matçda öz şərəfimiz üçün mübarizə aparacağıq. Eyni zamanda möcüzəyə ümid edəcəyik. Taleyimizin öz əlimizdə olması üçün Meksika ilə görüşdə heç olmasa bir xal qazanmalı idik. Lakin bunu bacarmadıq. İndi hər şey bizdən asılı deyil”.
Qeyd edək ki, Fransa son turda CAR yığması ilə görüşəcək.
Qeyd edək ki, Fransa son turda CAR yığması ilə görüşəcək.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0