“Fransa yığması üzərində qələbə ilə heç nə həll olunmayıb”
18.06.2010 - 09:15
“Oyunun ilk dəqiqələrindən görünürdü ki, birinci qolu vuran komanda qalib gələcək. İlk hissədə rəqib bizi üstələyirdi. Fransızlar əla pressinq tətbiq edirdi ki, onların təzyiqinə davam gətirmək bizə çətinlik yaradırdı”.
Apasport.az saytının məlumatına görə, bu fikirləri Meksika milli komandasının baş məşqçisi Xavyer Aqirre deyib. Dünya çempionatının final mərhələsinin ikinci turunda Fransanı məğlub edən şimali amerikalıların çalışdırıcısı qarşılaşmadan sonra nəticədən razı qaldığını açıqlayıb. Lakin Aqirre 2:0 hesablı qələbə ilə vəzifənin öhdəsindən gəldiklərini düşünmür: “Fasilədən sonra işimiz asanlaşdı. Vaxtın daha böyük hissəsini meydanın rəqibə aid hissəsində keçirdik və bacardığımız futbolu göstərməyə başladıq. Nə qədər olmasa da, 3 ay bu turnirə hazırlaşmışdıq və yaxşı futbol göstərməyə hazır idik. Lakin hələ heç nə həll olunmayıb və biz növbəti mərhələyə çıxmamışıq”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0