Maradona “sındı”: Mən ondan üzr istəyirəm
18.06.2010 - 09:19
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona növbəti dəfə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu gözlənilmədən UEFA prezidenti Mişel Platinidən üzr istəyib.
Məsələ ondadır ki, Platininin mətbuatda Maradonanın məşqçilik bacarığına şübhə etməsi ilə bağlı açıqlaması yer almışdı. Bundan sonra argentinalı “Platini fransalıdır, biz isə bilirik ki, fransızlar necə adamlardır” deməklə, aləmi bir-birinə qatmışdı.
Görünür, Maradona sonradan başa düşüb ki, həddini aşıb və mundialın II turunda Cənubi Koreya ilə oyundan (4:1) sonra UEFA prezidentindən üzr istəməklə, günahını yumağı qərara alıb. Özü də qeyri-adi hərəkətləri ilə yadda qalan Maradona ənənəsinə sadiq qalıb və konfrans zalını tərk edərkən birdən mikrofonun qarşısına qayıdıb: “Platini mənə göndərdiyi məktubda yazıb ki, jurnalistlər onu çaşdırıb. O, heç vaxt mənim haqqımda belə şey deməyib. Belədirsə, siz jurnalistlərin qarşısında ondan üzr istəmək istəyirəm”.

- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0