Evra: Fransa millisinin oyununa faciədən başqa ad vermək olmaz
18.06.2010 - 10:04
“Mən çox məyusam. Fransa millisinin oyununa faciədən başqa ad vermək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatında Meksikaya 0:2 hesabı ilə məğlub olduqdan sonra Fransa yığma komandasının kapitanı Patris Evra deyib.
Qrup mərhələsində növbəti dəfə xal itkisi ilə üzləşdikləri üçün “Mançester Yunayted”in müdafiəçisi hətta futbol barədə fikirləşmək istəmədiyini bildirib: “Düşünəndə ki, biz dünya çempionatının qrup mərhələsində mübarizəni dayandıracağıq, futbolla bağlı hər şeyi unutmaq istəyirəm. Meksika ilə oyunda buraxılan ilk qoldan sonra qələbə qazanacağımızı gözləyirdim. Lakin rəqibin vurduğu ikinci qol bizi məhv etdi. Artıq bizim növbəti mərhələyə yüksəlməyimiz möcüzə sayəsində baş verə bilər”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0