Fransanın uduzması şərəfinə İrlandiyada pulsuz pitsa
18.06.2010 - 11:18
Fransa yığmasının DÇ-2010-un ikinci turunda Meksikaya məğlubiyyəti İrlandiyada toy-bayrama çevrilib. Apasport.az saytının məlumatına görə, bu ölkədə yerləşən məşhur beynəlxalq pitsa şəbəkəsi fransızların qapısına mundialda vurulan hər qolun şərəfinə müştərilərinin pulsuz pitsa paylayıb.
Məlum olduğu kimi, ilk turda Uruqvayla qolsuz heç-heçə edən Fransa ilk qollarını Meksikadan buraxdı – 0:2. Xoşbəxt alıcılar həmin vaxt havayı yemək qazanıb.
İrlandların fransızların uğursuzluğunu belə istəməsi başa düşüləndir. Axı onların mundialda yolunu pley-off mərhələsində məhz bu yığma, özü də haqsızlıq hesabına kəsdi.
Belə ki, Fransa yığmasının kapitanı Tyeri Anri evdə cavab görüşünün əlavə vaxtında hesabı bərabərləşdirdiyi zamanı (1:1) əllə oynamışdı. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn fransızlar məhz bu qol hesabına DÇ-2010-a çıxdı. İrlandiyanın keçirdiyi bu aksiyanın reklamın məzmunu belədir: “Anrinin əllə oyununu xatırlayırsınız? Belə olan halda, biz Fransa yığmasın qapısına vurulan hər qolun müqabilində sizə pulsuz pitsa hədiyyə edirik”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0