Maraqlıdır ki, İtaliya yığmasının qalibi olduğu son DÇ-də (2006) hetr-trik qeydə alınmamışdı. Ancaq həmin turnirin bombardiri olan almaniyalı hücumçu Miroslav Kloze də het-trik edənlər siyahısındadır. O da buna mundialda debüt etdiyi zaman (DÇ-2002) nail olub. Digər maraqlı məqam odur ki, het-trik edən futbolçular Qonzalo kimi Cənubi Koreya ilə görüşdə ən çox buna nail olur - 4 dəfə. İki dəfə dünya çempionu olan braziliyalı hücumçu Ronaldo 1930-cu ildən keçirilən mundial tarixində hamıdan çox qol vursa (15) da, heç vaxt het-trik etməməyi diqqəti çəkir. Əvəzində əfsanəvi almaniyalı bombardir Herd Müllerlə argentinalı hücumçu Qabriel Batistuta iki dəfə het-trik etməyi bacarıb. Batistuta ardıcıl iki mundialda buna nail olubsa, Müller üç gündə keçirilən dalbadal iki oyunda fərqlənib. Qabriel 11 dəqiqəyə üç qol vursa da, bu, rekord deyil.
Rekord 7 dəqiqəyə het-trik edən macar hücumçu Laslo Kişşə məxsusdur. O, DÇ tarixində ən böyük hesablı qələbələrdən olan Macarıstan – Salvador (DÇ-82, 10:1) oyununda 69-76-cı dəqiqələrdə üç qol vurub.
Mundialda het-trik edənlər sırasında olan ingilis Ceff Herst buna görə daha çox azərbaycanlı hakim Tofiq Bəhramova minnətdar olmalıdır. Axı məşhur hakimimiz İngiltərə və Almaniya yığmaları arasında 1966-cı ildə keçirilən final oyununda (4:2) Herstin əlavə vaxtda vurduğu, indiyə kimi düzgün olub-olmamağı ilə bağlı müzakirə olunan qolu saymasaydı, o, tarixə düşməyəcəkdi.
Dünya çempionatlarının bütün hetr-trikləri
Tarix | Mərhələ | Futbolçu | Oyun | Hetr-triklər |
17.07.1930 | Qrup mərhələsi | Bert Patenod ABŞ | Paraqvay - 3:0 | 10 (1:0), 15 (2:0), 50 (3:0) |
19.07.1930 | Qrup mərhələsi | Gilyermo Stabile Arqentina | Meksika - 6:3 | 8 (1:0), 17 (3:0), 80 (6:3) |
27.07.1930 | 1/2 final | Pedro Sea Uruqvay | Yuqoslaviya - 6:1 | 18 (1:1), 67 (5:1), 72 (6:1) |
27.05.1934 | 1/8 final | Edmund Konen Almaniya | Belçika - 5:2 | 66 (3:2), 70 (4:2), 87 (5:2) |
27.05.1934 | 1/8 final | Anjelo Skyaviyo İtaliya | ABŞ - 7:1 | 18 (1:0), 29 (3:0), 64 (5:1) |
03.06.1934 | 1/2 final | Oldric Needlı Çexoslovakiya | Almaniya - 3:1 | 21 (1:0), 69 (2:1), 80 (3:1) |
05.06.1938 | 1/8 final | Leonidas Braziliya | Polşa - 6:5 əlavə vaxt | 18 (1:0), 93 (5:4), 104 (6:4) |
12.06.1938 | 1/4 final | Qustav Vetterstrem İsveç | Kuba - 8:0 | 32 (2:0), 37 (3:0), 44 (4:0) |
12.06.1938 | 1/4 final | Tore Keller İsveç | Kuba - 8:0 | 9 (1:0), 80 (5:0), 81 (6:0) |
16.06.1938 | 1/2 finala | Dyula Jenqeller Macarıstan | İsveç - 5:1 | 19 (1:1), 39 (3:1), 85 (5:1) |
02.07.1950 | 1-ci qrup mərhələsi | Oskar Miqes Uruqvay | Boliviya - 8:0 | 14 (1:0), 45 (4:0), 56 (5:0) |
17.06.1954 | Qrup mərhələsi | Şandor Koçiş Macarıstan | Cənubi Koreya - 9:0 | 24 (3:0), 36 (4:0), 50 (5:0) |
19.06.1954 | Qrup mərhələsi | Karlos Borxes Uruqvay | Şotlandiya - 7:0 | 17 (1:0), 47 (3:0), 57 (5:0) |
19.06.1954 | Qrup mərhələsi | Erix Probst Avstriya | Çexoslovakiya - 5:0 | 4 (2:0), 21 (3:0), 24 (4:0) |
20.06.1954 | Qrup mərhələsi | Sərgin Burxan Turkiyə | Cənubi Koreya - 7:0 | 37 (4:0), 64 (5:0), 70 (6:0) |
23.06.1954 | Qrup mərhələsi | Maks Morlok AFR | Türkiyə - 7:2 | 30 (3:1), 60 (4:1), 77 (6:1) |
26.06.1954 | 1/4 final | Teodor Vaqner Avstriya | İsveçrə - 7:5 | 25 (1:3), 27 (3:3), 53 (6:4) |
26.06.1954 | 1/4 final | Zepp Hyuqi İsveçrə | Avstriya - 5:7 | 17 (2:0), 19 (3:0), 58 (5:6) |
08.06.1958 | Qrup mərhələsi | Jüst Fonten Fransa | Paraqvay - 7:3 | 24 (1:1), 30 (2:1), 67 (5:3) |
24.06.1958 | 1/2 final | Pele Braziliya | Fransa - 5:2 | 52 (3:1), 64 (4:1), 75 (5:1) |
03.06.1962 | Qrup mərhələsi | Florian Albert Macarıstan | Bolqarıstan - 6:1 | 1 (1:0), 6 (2:0), 53 (5:0) |
30.07.1966 | Final | Ceff Herst İngiltərə | Almaniya - 4:2 əlavə vaxt | 18 (1:1), 101 (3:2), 120 (4:2) |
07.06.1970 | Qrup mərhələsi | Herd Müller AFR | Bolqarıstan - 5:2 | 27 (2:1), 52 (3:1), 88 (5:1) |
10.06.1970 | Qrup mərhələsi | Herd Müller AFR | Peru - 3:1 | 19 (1:0), 26 (2:0), 39 (3:0) |
18.06.1974 | 1-ci qrup mərhələsi | Duşan Bayeviç Yuqoslaviya | Zair - 9:0 | 8 (1:0), 30 (5:0), 81 (9:0) |
19.06.1974 | 1-ci qrup mərhələsi | Ancey Şarmax Polşa | Haiti - 7:0 | 30 (3:0), 34 (5:0), 50 (6:0) |
03.06.1978 | 1-ci qrup mərhələsi | Rob Rensenbrink Holalndiya | İran - 3:0 | 40 (1:0), 62 (2:0), 79 (3:0) |
11.06.1978 | 1-ci qrup mərhələsi | Teofilo Kubilyas Peru | İran - 4:1 | 36 (2:0), 39 (3:0), 79 (4:1) |
15.06.1982 | 1-ci qrup mərhələsi | Laslo Kişş Macarıstan | Salvador - 10:1 | 69 (6:1), 72 (7:1), 76 (9:1) |
20.06.1982 | 1-ci qrup mərhələsi | Karl-Haynts Rummenigge AFR | Çili - 4:1 | 9 (1:0), 57 (2:0), 66 (3:0) |
28.06.1982 | 2-ci qrup mərhələsi | Zbiqnev Bonek Polşa | Belçika - 3:0 | 4 (1:0), 26 (2:0), 53 (3:0) |
05.07.1982 | 2-ci qrup mərhələsi | Paolo Rossi İtaliya | Braziliya - 3:2 | 5 (1:0), 25 (2:1), 74 (3:2) |
08.06.1986 | Qrup mərhələsi | Preben Elkyar Larsen Danimarka | Uruqvay - 6:1 | 11 (1:0), 67 (4:1), 80 (5:1) |
11.06.1986 | Qrup mərhələsi | Harri Lineker İngiltərə | Polşa - 3:0 | 9 (1:0), 14 (2:0), 34 (3:0) |
15.06.1986 | 1/8 finala | İqor Belanov SSRİ | Belçika - 3:4, əlavə vaxt | 27 (1:0), 70 (2:1), 111 (3:4) |
17.06.1990 | Qrup mərhələsi | Miçel İspaniya | Cənubi Koreya - 3:1 | 22 (1:0), 61 (2:1), 81 (3:1) |
23.06.1990 | 1/8 final | Tomaş Skuxravı Çexoslovakiya | Kosta-Rika - 4:1 | 12 (1:0), 63 (2:1), 82 (4:1) |
21.06.1994 | Qrup mərhələsi | Qabriel Batistuta Arqentina | Yunanıstan - 4:0 | 2 (1:0), 44 (2:0), 89 (4:0) |
21.06.1998 | Qrup mərhələsi | Qabriel Batistuta Arqentina | Yamayka - 5:0 | 72 (3:0), 80 (4:0), 83 (5:0) |
01.06.2002 | Qrup mərhələsi | Miroslav Kloze Almaniya | Səudiyyə Ərəbistanı - 8:0 | 20 (1:0), 25 (2:0), 70 (5:0) |
10.06.2002 | Qrup mərhələsi | Pauleta Portuqaliya | Polşa - 4:0 | 14 (1:0), 65 (2:0), 77 (3:0) |
17.06.2010 | Qrup mərhələsi | Qonzalo İquain Arqentina | Cənubi Koreya - 4:1 | 33 (2:0), 76 (3:1), 80 (4:1) |
Mehman SÜLEYMANOV
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub