Hollandiya 1/8 finalda! Əlvida, Kamerun! - YENİLƏNİB
20.06.2010 - 00:21
Hollandiya 1/8 finalda! Əlvida, Kamerun! - YENİLƏNİB
Cənubi Afrika Respublikasında təşkil edilən dünya çempionatında E və D qruplarında II turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Bakı vaxtı ilə saat 16:30-da start fiti verilən günün ilk qarşılaşmasında I turu qələbə ilə başa vuran Hollandiya və Yaponiya yığmaları üz-üzə gəlib.

“Gündoğar ölkə” millisi üzərində çətin qələbə (1:0) qazanan “narıncılar” demək olar ki, 1/8 final mərhələsinə yüksəlib. E qrupunun digər oyununda mundiala məğlubiyyətlə başlayan komandaların - Kamerunla Danimarka yığması arasındakı matçda Avropa təmsilçisi əzmkar qələbə qazanıb. Bununla Kamerunun növbəti mərhələyə çıxmaq şansı itib. Belə ki, Hollandiya 2 oyundan 6 xal toplayıb. Danimarka və Yaponiyanın hesabında 3 xal var. Bir xal belə qazanmayan kamerunlular isə son turda hollandlarla qarşılaşacaq. III turda baş tutacaq Hollandiya – Kamerun və Yaponiya – Danimarka oyunlarında hansı nəticə alınsa belə, afrikalılar 1/8 finala çıxa bilməyəcək.

D qrupunda isə ilk turda Serbiyanı üstələyən (1:0) Qana millisi Almaniya tərəfindən darmadağına (4:0) məruz qalmış Avstraliya ilə qarşılaşıb. Rəqibinin azlıqda qalmasına baxmayaraq, Qana oyundan 1 xalla ayrılıb.


19 iyun
E qrupu


16:30. HOLLANDİYA - YAPONİYA - 1:0
QOL: Sneyder 52
Durban. Şəhər stadionu
Baş hakim: Ektor Baldassi (Argentina)
HOLLANDİYA: Stekelenburq, Van der Vil, Heytinqa, Mateysen, van Bronkhorst, van Bommel, Küyt, de Yonq, van Persi, Sneyder, van der Vart.
YAPONİYA: Kavasima, Abe, Komano, Tulio, Naqamoto, Endo, Matsui, Okubo, Xasebe, Xonda, Makazava.


D qrupu

19:00. QANA - AVSTRALİYA - 1:1
QOLLAR: Asamoa, 25 (p) - Holman, 12
QIRMIZI VƏRƏQƏ: Kyuell, 24
Rustenburq. Royal Bafokenq stadionu
Baş hakim: Roberto Rozetti (İtaliya)
QANA: Kinqston, Sarpey, Qyan, Peyntsil, Annan, Mensa, Taqo, Ayyu, Eddi, Asamoa, Boatenq.
AVSTRALİYA: Şvartser, Nill, Çulina, Mur, Emerton, Uilkşir, Kyuell, Holman, Valeri, Kerni, Breşiano


E qrupu

23:30. KAMERUN - DANİMARKA - 1:2
QOLLAR: Eto’O, 11 - Bendtner, 34; Rommedal, 61
Pretoriya. Loftus Versfeld stadionu
Baş hakim: Xorxe Larrionda (Uruqvay)
KAMERUN: Hamidu, Assu-Ekotto, Nkulu, Bassonq, Sonq, Hjitap, Eto’O, Emana, Vebo, Eno, Mbia.
DANİMARKA: Serensen, Poulsen, Kyer, Aqqer, Yakobsen, Qronkyer, Tomasson, Yorqensen, Bendtner, Poulsen, Rommedal