Luis Fabiano: İkinci qolda əllə oynamışdım - FOTO
21.06.2010 - 14:05
Braziliya milli komandasının futbolçusu Luis Fabiano dünya çempionatında Fildişi Sahili yığmasının qapısına ikinci qolu vurarkən, əllə oynadığını etiraf edib. Lent.az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, Fabiano rəqibin cərimə meydançasında ötürməni qəbul etdiyi vaxt topun əlinə dəydiyini açıqlayıb.
Lakin o, əllə bilərəkdən oynamadığını, bu səbəbdən, fransalı baş hakim Stefan Lannuanın qolu hesaba almaqla düzgün qərar qəbul etdiyini bildirib. Fabiano 6 oyunluq fasilədən sonra millidə fərqləndiyi üçün çox sevindiyini əlavə edib. Hücumçu mundialda müəyyən sayda qol vurmağı və bombardir olmağı qarşısına məqsəd qoymadığını da vurğulayıb.
Qeyd edək ki, Fildişi sahili millisi üzərində 3:1 hesablı qələbə sayəsində Braziliya yığması G qrupundan 1/8 finala vəsiqəni təmin edib. İyunun 25-də pentakampeonlar Portuqaliya ilə üz-üzə gələcəklər.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0