1/8 finala çıxan komandaların sayı 6-ya çatdı - YENİLƏNİB
23.06.2010 - 00:21
1/8 finala çıxan komandaların sayı 6-ya çatdı - YENİLƏNİB
Dünya çempionatının final mərhələsində III tura start verilib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin həlledici turundan sonra 1/8 finala vəsiqənin 4 sahibi və mübarizəni dayandıran eyni sayda yığma müəyyənləşib. Artıq ən güclülər sırasına çıxan Braziliya və Hollandiyaya A və B qrupunun “xoşbəxt”ləri həm də 1/8 final cütlərini təşkil edəcək.

A qrupundan növbəti mərhələyə Uruqvay və Meksika yığmaları vəsiqə qazanıblar. Təşkilatçı ölkə CAR millisi ilə Fransa isə mübarizəni dayandırıblar.

B qrupunda Argentina yığması 100 faizlik nəticə göstərib. Maradonanın komandası sonuncu turda Yunanıstanı məğlub etməklə, yarışdan kənarlaşdırıb. Digər bəxtsiz isə Nigeriya olub. “Qara qitə” təmsilçisi Cənubi Koreya ilə heç-heçə etməsinə baxmayaraq, 1/8 finala asiyalılar çıxıblar.

Beləliklə, Braziliya və Hollandiyanın ardınca, Uruqvay, Meksika, Argentina və Cənubi Koreya mübarizəni davam etdirirlər.


22 iyun
A qrupu


19:00. MEKSİKA – URUQVAY - 0:1

QOL: Suares, 44
Baş hakim: Viktor Kassai (Macarıstan)
Rustenburq. Royal Bafokenq stadionu
MEKSİKA: Peres, Rodriqes, Salsido, Markes, Osorio, Moreno, Torrado, Quardado, Franko, Blanko, Dos Santos.
URUQVAY: Muslera, Luqano, Fusile, Viktorino, Pereyra, Peres, Eqidio Arevalo, Kavani, Suares, Forlan.

19:00. FRANSA – CAR - 1:2
QOLLAR: Maluda, 70 - Xumalo, 20; Mfela, 37
QIRMIZI VƏRƏQƏ: Qurkyuff, 25
Baş hakim: Oskar Ruis (Kolumbiya)
Blumfonten. Fri Steyt stadionu
FRANSA: Loris, Sanya, Qallas, Skillaçi, Klişi, Qurkyuff, Diarra, Diabi, Riberi, Sisse, Jinyak.
CAR: Cozefs, Masilela, Mokoyena, Nqkonqka, Xumalo, Sibayya, Tşabalala, Peynaar, Xuboni, Mfela, Parker.

YEKUN TURNİR CƏDVƏLİ

Uruqvay 3 2 1 0 4-0 7
Meksika 3 1 1 1 3-2 4
CAR 3 1 1 1 3-5 4
Fransa 3 0 1 2 1-4 1


B qrupu

23:30. NİGERİYA – CƏNUBİ KOREYA - 2:2

QOLLAR: Uçe, 12; Ayeqbeni, 69 (p) - Li Çun Sun, 38; Pak Çu Yun
Baş hakim: Oleqario Benkuerensa (Portuqaliya)
Durban. Şəhər stadionu

23:30. YUNANISTAN – ARGENTİNA - 0:2
QOLLAR: Demişelis, 78; Palermo, 89
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Polokvane. Peter Mokaba stadionu

YEKUN TURNİR CƏDVƏLİ

Argentina 3 3 0 0 7-1 9
Cənubi Koreya 3 1 1 1 5-6 4
Yunanıstan 3 1 0 2 2-5 3
Nigeriya 3 0 1 0 2-5 1