6 boksçumuz Kliçko ilə görüşə yollanır
22.06.2010 - 12:51
İyunun 28-də Ukraynada gənc boksçular arasında start götürəcək beynəlxalq turnirdə ölkəmizin idman şərəfini qoruyacaq Azərbaycan yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Kliçko qardaşlarının şərəfinə təşkil ediləcək yarışda rinqə 6 idmançımız - Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elvin Mirzəbəyli (54 kq), Elvin İsayev (60 kq), Coşqun Əliyev (64 kq) və Sinan Şəbiyev (69 kq) çıxacaqlar.
Qeyd edək ki, iyulun 4-də başa çatacaq turnirdə iştirak edən ilk 3 boksçumuz Sinqapur-2010-da qüvvəsini sınayacaq.
Qeyd edək ki, iyulun 4-də başa çatacaq turnirdə iştirak edən ilk 3 boksçumuz Sinqapur-2010-da qüvvəsini sınayacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0