Luis Araqones: Boske futbolçuları öz yerində oynatmır
22.06.2010 - 15:28
“Hondurasla oyunda əsl İspaniya yığmasını görmək mümkün deyildi. Sanki qapağı olmayan boş qazana cəmi 2 qol vurdular. Bu ondan irəli gəlir ki, Boske futbolçuları öz yerində oynatmır. Dünya çempionatında eksperiment aparır. Avropa çempionu olan heyətlə heç nə edə bilmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyan yığmasının sabiq baş məşqçisi Luis Araqones deyib.
İspanlara Avropa çempionatının qızıl medallarını qazandıran çalışdırıcı xələfini yenidən tənqid atəşinə tutub. O, Visente del Boskenin bütün gedişləri səhv etdiyi qənaətindədir: “Başa düşə bilmirəm ki, nəyə görə bu cür heyətlə İspaniya gözlənilən oyunu nümayiş etdirə bilmir. Növbəti oyunda Çili ilə görüşün necə bitəcəyi barədə proqnoz verməkdə də çətinlik çəkirəm. Amma qalib gəlmək olar. Bunun üçün isə taktika düzgün qurulmalı və əvəzləmələr vaxtında edilməlidir. Bir sözlə, qrup mərhələsindən sonra komandanın taleyi barədə nəsə demək olar”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0