Otmar Hitsfeld: Mundialın gərginliyinə tab gətirmədik
26.06.2010 - 09:59
“Bu çox böyük üzüntüdür. Hamımız məyusuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrə milli komandasının baş məşqçisi Otmar Hitsfeld deyib.
Dünya çempionatının III turunun Hondurasla qarşılaşmasından sonra fikirlərini açıqlayan tanınmış mütəxəssis qrup mərhələsini aşa bilmədiklərinə təəssüfləndiyini bildirib: “Tam başqa nəticə gözləyirdik. Amma qarşılaşmanın əvvəlində oyunumuz alınmadı. Futbolçularımızın həddən artıq əsəbiləşdiyi aşkar görünürdü. Bu səbəbdən də heç nə alınırdı. Düzdür, bizim bir neçə qol imkanımız oldu. Lakin bundan yararlana bilmədik. Mən hücum və orta sahədən narazı qaldım. Onlar daha aqressiv oynamalı idilər. Təəssüf ki, dünya çempionatının təzyiqinə tab gətirə bilmədik”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0