Berti Foqtsun rəqibi FİFA-nın cavabını verdi
26.06.2010 - 23:28
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv CAR-da keçirilən mundialın final mərhələsində etdiyi hərəkətlə bütün dünyanın diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis 1/8 finalın İngiltərə ilə oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına gəlməyib.
Tədbirə təşrif buyuran, lakin “əli ətəyindən uzun” dönən həmkarlarımız bunu FİFA və təşkilat komitəsinə etiraz əlaməti kimi hesab edir. Belə ki, onların fikrincə, Bundestimin çalışdırıcısı İngiltərə ilə oyunun keçiriləcəyi stadionda məşq edilməsinə qoyulan qadağanın cavabını verib.
Lövün köməkçilərindən olan qapıçılarla işləyən Andreas Kepke bunu təkzib edib: “Yox, burada hər hansı etirazdan söhbət gedə bilməz”.
Xatırladaq ki, FİFA rəhbərliyi Almaniya və İngiltərə yığmalarının bugünkü 1/8 final oyunu ərəfəsində onların matçın keçiriləcəyi “Fri Steyt” stadionunda məşq etməsinə icazə verməyib. Bu qərar Blumfonten şəhərindəki arenanın ot örtüyünün bərbad vəziyyətə düşə bilməsi ehtimalı ilə bağlı verilib.
Qeyd edək ki, DÇ-2010-nun seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması AÇ-2012-də də Berti Foqtsun yetirmələri ilə qarşılaşacaq. Artıq iki dəfə futbolçularımız üzərində qələbə sevinci yaşayan Löv millimizlə növbəti duelə dünya çempionu kimi gəlmək arzusundadır.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0