Bəhramov: Uruqvaylı hakimlər aşkar səhvə yol verdilər
28.06.2010 - 12:04
“1966-cı ildə dünya çempionatında atam topun qapı xəttini keçdiyinə əmin olduğu üçün qolu qeydə almışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri məşhur azərbaycanlı hakim Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov deyib.
“Qızıl fit” sahibinin övladı bildirib ki, bu dəfə İngiltərə və Almaniya yığma komandalarının oyununda uruqvaylı hakimlər briqadası ciddi səhvə yol veriblər: “Uruqvaylı hakimlə müqayisədə 44 il əvvəl atamın həmin qolu qeydə alması daha çətin idi. O vaxt hər şeyi santimetr həll etdi. Bu dəfə isə yan xətt hakimi topun qapı xəttini yarım metr keçdiyini görmədi. Bu, aşkar səhvdir”.
Qeyd edək ki, 1966-cı ildə də analoji hadisə baş vermişdi. Lakin həmin vaxt azərbaycanlı hakim ingilislərin vurduğu qolu hesaba almışdı. Əlavə vaxtda vurulan qol indiyədək müzakirə obyekti olsa da, İngiltərə yığması bu qolla hesabda irəli keçmişdi – 3:2. Oyun isə almanların 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0