İngiltərə yığması yenə biabır oldu: Futbolçuların alt paltarları oğurlandı!
29.06.2010 - 12:13
İngiltərə yığması dünya çempionatının keçirildiyi Cənubi Afrika Respublikasında daha bir zərbə alıb. Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları Almaniyaya 1/8 finalda böyük hesablı məğlubiyyətdən (1:4) sonra Yohannesburqda qaldıqları “Royal Maranq” otelində qarət olunmaqla biabır olublar.
Polisin verdiyi məlumata əsasən, ingilisləri nüfuzlu otelin əməkdaşları soyublar. Onlar yığmanın futbolçularından FİFA-nın xatirə hədiyyələrini, hətta alt paltarlarını oğurlayıblar. Düzdür, zərərin məbləği cəmi 730 ABŞ doları təşkil edib. Oğruları yalnız suvenirlər maraqlandırırmış.
Otelin rəhbərliyinin müraciət etdiyi hüquq-mühafizə orqanları oğruların izinə bir sutka ərzində düşüb. Məhkəmə beş əməkdaşı haqda üç illik həbs cəzası haqda qərar çıxarmaqla yanaşı, onları cəriməni ödəməyə məcbur edib. Ancaq polis xəsarət alan futbolçuların adlarını açıqlamır. Bundan əlavə, Fabio Kapellonun çalışdırdığı yığma lənətlənmiş məkanı tezliklə tərk edərək, artıq vətənə dönüb.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0