İspaniya yığması finala doğru, Portuqaliya evə gedir
30.06.2010 - 00:22
Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu mərhələnin sonuncu günündə ən güclü 8 komanda sırasına yüksələn daha 2 yığma bəlli olub.
Günün ilk matçında Paraqvay və Yaponiya futbolçuları üz-üzə gəliblər. Cənubu amerikalılar mundialda çıxışını davam etdirən yeganə Asiya təmsilçisi ilə görüşdə ciddi müqavimətlə üzləşsələr də, sonda sevinən tərəf olublar. Belə ki, Paraqvay və Yaponiya yığmaları 120 dəqiqə ərzində qol vurmağı bacarmadığından, 1/4 finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltilərdə isə daha dəqiq olan cənubi amerikalılar qələbə qazanaraq, 8 ən güclü komanda sırasında iştirak hüququ qazanıb.
Gecə saatlarında növbəti dəfə 2 Avropa nəhəngi - İspaniya və Portuqaliya milliləri qarşılaşıblar. FİFA reytinqində 2-ci və 3-cü sırada yer alan Pireney təmsilçilərinin oyununda 1 qol cütün taleyini həll edib. Mundialda qapısından 1 top belə buraxmayan Portuqaliya yığması ispanların hücumları qarşısında aciz qalıb. Nəticədə qapısında cəmi 1 qol görən Karluş Keyruşun yetirmələri dünya çempionatı ilə vidalaşıblar.
Qeyd edək ki, 1/4 finalda Paraqvay və İspaniya yığma komandaları üz-üzə gələcəklər.
19:00. PARAQVAY – YAPONİYA - 0:0, pen. 5:3
Pretoriya. Loftus Versfeld stadionu
Baş hakim: Frank de Bliker (Belçika)
PARAQVAY: Villar (k), Rodriges, Bonet, Santa Kruz, Benitez, Vera, Da Silva, Riveros, Barrios, Ortiqoza, Alcares
YAPONİYA: Kavaşima, Abe, Komano, Tanaka, Naqatomo, Endo, Matsui, Okubo, Hasebe (k), Honda, Nakazava
Penaltilər seriyası: Barreto - 1:0, Endo - 1:1, Barrios - 2:1, Hasebe - 2:2, Riveros - 3:2, Komano - 3:2 (dirək), Valdes - 4:2, Honda - 4:3, Kardoso - 5:3.
23:30. İSPANİYA – PORTUQALİYA - 1:0
QOL: David Vilya, 63
QIRMIZI VƏRƏQƏ: Rikardo Koşta, 89
Keyptaun. Qrin Point stadionu
Baş hakim: Hektor Baldassi (Argentina)
İSPANİYA: Kasilyas, Ramos, Pike, Puyol, Kapdevila, Buskets, Xavi, Alonso, İnyesta, Vilya, Fernando Torres.
PORTUQALİYA: Eduardu, Brunu Alveş, Karvalyu, Koşta, Koentrau, Pepe, Meyreleş, Tiaqu, Ronaldu, Simau, Almeyda.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0