Fabio Kapello: İngiltərədən getmək istəmirəm
29.06.2010 - 13:13
“İngiltərə yığmasında fəaliyyətimi davam etdirmək istəyirəm. Bu, mənim qəti qərarımdır. Mənimlə bir çox klublar maraqlansalar da, buradan getmək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatının 1/8 finalında mübarizəni dayandıran İngiltərə millisinin baş məşqçisi Fabio Kapello deyib.
İtaliyalı mütəxəssis bildirib ki, İngiltərədə işləməkdən yorulmayıb: “Mundialda çıxışımız istədiyimiz kimi alınmadı. Başa düşürəm, azarkeşlərimizi pərişan etmişik. Amma Cənubi Afrika Respublikasında ümidləri doğrultmasaq da, mənim komandadakı gələcək taleyimə federasiya rəhbərliyi aydınlıq gətirəcək. Onlarla söhbətimdə yığmadakı işimi yüksək qiymətləndirsələr də, hələ yekun qərar verilməyib. İngiltərə Futbol Federasiyası 2 həftəyə bu məsələyə tam aydınlıq gətirəcək”.
Qeyd edək ki, Fabio Kapello ilə 2 illik müqaviləsi olan İngiltərə Futbol Federasiyası onunla yolları ayırmaq istəsə, 12 milyon ABŞ dolları təzminat verəcək.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0