Klub prezidentini girov götürdülər
29.06.2010 - 15:44
Somalinin “Dahabşil” klubunun prezidenti Əbdülkadir Əli Bare terrorçuların qurbanına çevrilib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri paytaxt Moqadişo ətrafında “Əl-Qaidə” silahlıları tərəfindən girov götürülüb.
Somali Futbol Federasiyası Əli Barenin oğurlandığını təsdiqləyib. Hadisəyə müəyyən dini qrupların futbolu “şeytan əməli” sayması səbəb olub. Onların fikrincə, bu idman növü gəncləri dindən uzaqlaşdırır.
Qeyd edək ki, bu Somalidə ilk belə hadisə deyil. 30-a yaxın azarkeş CAR-da keçirilən dünya çempionatının oyunlarını televizorda izləməyin güdazına gedərək, həbs olunub. Mundialın startından 3 azarkeşi qətlə yetirən “Əl-Qaidə” üzvləri ötən il də bir klub prezidentini tutaraq, işgəncə vermişdilər.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0