“Moskvada qalib gəlsəm, London Olimpiadasına gedəcəyəm”
29.06.2010 - 18:05
“İsti yay günləri olsa da, məşqlərimizi intensiv şəkildə davam etdiririk. Əlbəttə ki, əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Hər şey dözüm və qətiyyət tələb edir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan cüdoçusu Kifayət Qasımova deyib.
27 yaşlı ikiqat Avropa çempionumuz Moskva tatamisində yarışmağa hazırlaşır. Qasımova bildirib ki, "Böyük Dəbilqə" seriyalı yarışda uğur qazanmaq London Yay Olimpiya Oyunlarına getməyin ən qısa yoludur: "İyulun 3-də start götürəcək və 2 gün davam edəcək yarış mən və komanda yoldaşlarım üçün böyük əhəmiyyət kəsb edir. Bu, ən çox lisenziya balları verən yarışdır. Əgər, Moskvada uğur qazansam, London Olimpiadasında mütləq güləşəcəyəm. Yəqin ki, Londondakı birincilikdən sonra karyeramı bitirərəm".
Qeyd edək ki, Moskvada Kifayət Qasımova (57 kq) ilə yanaşı, Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) xal bazalarını zənginləşdirməyə cəhd göstərəcəklər.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0