Mundialda daha bir istefa
30.06.2010 - 09:07
CAR-da keçirilən dünya çempionatının final mərhələsində daha bir məşqçi istefası qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Yaponiya milli komandasının çalışdırıcısı Takeşi Okada vəzifəsini tərk edib. 54 yaşlı mütəxəssis 1/8 final mərhələsinin Paraqvayla qarşılaşmasından dərhal sonra istefa verib.
120 dəqiqəlik mübarizəsi qolsuz bitə görüşün penaltilər seriyasındakı məğlubiyyətdən (3:5) sonra Okada qərarını bir cümlə ilə şərh edib: “Düşünmürəm ki, bu vəzifədə başqa nə isə edə bilərəm”.
Qeyd edək ki, 2007-ci ildən yığmaya rəhbərlik edən Okada mundial ərəfəsində yarımfinala çıxmaq haqda iddialı açıqlamalar verirdi.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0