Karluş Keyruş: İspaniyaya qalib gəlmək, qeyri-mümkün idi
30.06.2010 - 09:18
“Etiraf edirəm ki, İspaniya yığmasına oyuna görə uduzduq. Rəqibin qol vəziyyətləri daha yaxşı idi. İspanlar layiqli qələbə qazandı. Hərçənd, bu bizim üçün üzücüdür”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Karluş Keyruş DÇ-2010-un 1/8 finalında İspaniya ilə oyundan (0:1) sonra deyib.
Onun sözlərinə görə, rəqib topla daha effektiv davranırmış: “Onlar topa yiyələnməkdə daha effektiv hərəkət edirdilər. Biz isə şansımızı əks-hücumlarda axtarırdıq. Bizim də qol imkanlarımız oldu. Ancaq təəssüf ki, onlardan istifadə edə bilmədik. Qələbə qazanmaq istəyimizi, iddiamızı ortaya qoyduq. Lakin bu gün qələbə qeyri-mümkün idi. Biz hələ dünya çempionatına qayıdıb, növbəti dəfə daha güclü olacağıq”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0