Maradona: Əziz argentinalılar, sakit olun!
30.06.2010 - 15:15
“Rəqibimizin güclü heyəti var və bütün futbolçuları formadadırlar. Ancaq əminəm ki, onları məğlub edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatının 1/4 finalında Almaniya ilə qarşılaşacaq Argentina millisinin baş məşqçisi Dieqo Maradona deyib.
Əfsanəvi futbolçu bildirib ki, tezliklə avropalılara qarşı hansı taktika ilə oynayacaqlarını müəyyənləşdirəcək: “Əziz argentinalılar və bizim yığmaya azarkeşlik edənlər, sakit olun! Həyəcanlanmağa heç bir lüzum yoxdur. Çünki bizim 23 şeytanımız var və onların hər biri geyindikləri futbolka üçün ölməyə hazırdırlar. İnanıram ki, finaldan sonra kuboku biz öpəcəyik”.
Qeyd edək ki, Argentina və Almaniya komandaları arasında 1/4 final oyunu iyulun 3-də keçiriləcək.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0