“Mən artıq istefa qərarımı vermişəm”
01.07.2010 - 09:09
Dünya çempionatında mübarizəni dayandıran komandalarda məşqçi istefaları davam edir. Apasport.az saytının məlumatına görə, bu dəfə Meksika yığma komandasının baş məşqçisi Xavyer Aqirre öz postunu tərk edib.
İlinə 4 milyon ABŞ dolları alan Aqirre bildirib ki, yığmadan getsə də həmişə milliyə kömək əlini uzatmağa hazırdır: “Mən artıq istefa qərarımı vermişəm. Fikrimcə, gözəl kollektiv formalaşdırmışam. Bu mənim şəxsi fikrimdir. Gələcəkdə milliyə gənc futbolçular da dəvət etmək lazımdır. İnanıram ki, tezliklə Meksika yığması daha da güclü olacaq”.
Qeyd edək ki, Meksika yığma komandası 1/8 final mərhələsində Argentina millisinə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0