Dünya Kubokunda medal həsrətimiz bitmir
01.07.2010 - 10:47
Serbiyanın paytaxtı Belqradda start götürən güllə atıcılığı üzrə Dünya Kubokunun son mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan yığma komandası hələ də medal həsrətindədir.
Belə ki, 10 metr məsafəyə atəş açmaqda 37-ci olan Nigar Bağırova 25 metr məsafəni nişan almaqda daha da pis nəticə göstərib. Avropa çempionatının mükafatçısı Dünya Kubokunda son çıxışını 60-cı pillədə başa vurub. Digər təmsilçimiz Mehriban Məcidova da hədəfə düşməkdə çətinlik çəkib və 69-cu olub (10 metr məsafəyə atəş açmaqda).
Kişi snayperlərin yarışında qüvvəsini sınayan Ruslan Lunyov da uğursuz çıxışı ilə yadda qalıb. 10 metr məsafədə hədəf önünə keçən həmyerlimiz 31-ci pilləni tutub.
Qeyd edək ki, iyulun 4-dək davam edəcək Dünya Kubokunda digər məsafələrə atəş açmaqda Mehriban Məcidova və Ruslan Lunyov bir daha hədəf önünə keçəcəklər.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0