Hollandiya və Uruqvay yarımfinalda!
03.07.2010 - 01:22
Cənubi Afrika Respublikasında keçirilən 2010-cu il dünya çempionatının ilk iki yarımfinalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünyanın ən titullu yığması olan Braziliya mübarizəni 1/4 finalda dayandırıb.
Dunqanın baş məşqçisi olduğu beşqat dünya çempionları Hollandiya ilə oyunda fasiləyə hesabda irəlidə yollansa da, ikinci hissədə üstünlüyünü əldən verib. Oyunun antiqəhrəmanı Felipo Melo olub. Braziliyalı yarımmüdafiəçi əvvəlcə başla topu öz qapısından keçirib, daha sonra Aryen Robbenə qarşı qəsdən kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Həmin vaxt hesabda geridə olan braziliyalılar məğlubiyyətdən xilas ola bilməyib. Hollandlarda isə Uesli Sneyderi qələbənin əsas memarı saymaq olar. Belə ki, əvvəlcə onun hava ötürməsindən sonra Melo avtoqol edib. Ardından Sneyder künc zərbəsindən özü başla qol vurub.
Günün digər 1/4 final oyunu daha dramatik mübarizənin şahidi olub. Uruqvay yığması 1/8 finalda olduğu kimi, görüşü 1:1 hesabı ilə bitirib və oyun sonrası penaltilər seriyası ilə qalib gəlib. Fasiləyə saniyələr qalmış hesabda geridə yollanan uruqvaylıların lideri Dieqo Forlan ikinci hissənin əvvəlində cərimə zərbəsindən sonra topu “doqquzluğ”a göndərməklə, gözəl qola imza atdı. Qanalılar məğlubiyyətə görə ilk növbədə özlərini günahlandırmalıdır. Belə ki, Luis Suares əlavə vaxtın son saniyəsində topu əllə qapıdan çıxardığına görə birbaşa qırmızı vərəqə aldı və uruqvaylıların qapısına penalti zərbəsi təyin olundu. Ancaq qanalıların bombardiri Asamoa Qyanın zərbəsi qapı tirinə tuş gəldi. Onların penaltiləri yaxşı yetirmədikləri sonradan da özünü göstərdi. Bununla da Afrikanın mundialda son təmsilçisi çıxışını başa vurdu.
Qeyd edək ki, Uruqvay və Hollandiya yığmaları arasında yarımfinal oyunu iyulun 6-da keçiriləcək.
1/4 final
2 iyul
19:00. Braziliya – Hollandiya - 1:2
QOLLAR: Robinyo, 10 - Melo, 53 (avtoqol); Sneyder, 68
QIRMIZI VƏRƏQƏ: Melo, 73
Baş hakim: Yuiti Nasimura (Yaponiya)
Port Elizabet. Nelson Mandela stadionu
HOLLANDİYA: Marten Stekelenburq, Qreqori van der Vil, Jon Heytinqa, Yoris Matisen, Covanni van Bronxorst (k), Mark van Bommel, Dirk Kuyt, Naycel de Yonq, Robin van Persi, Uesli Sneyder, Aryen Robben
BRAZİLİYA: Julio Sezar, Lusio (k), Juan, Mişel Bastos, Maykon, Daniel Alveş, Felipo Melo, Jilberto Silva, Kaka, Robinyo, Luiş Fabiano
23:30. Uruqvay - Qana - 1:1, pen. 4:2
QOLLAR: Forlan, 54 - Muntari, 45+2
QIRMIZI VƏRƏQƏ: Suares, 120+2
Qyan 120+3-cü dəqiqədə penaltidən istifadə edə bilməyib.
Penaltilər seriyası: Forlan 1:0, Qyan 1:1, Viktorino 2:1, Appia 2:2, Skotti 3:2, Mensa 3:2 (qapıçı), M.Pereyra 3:2 (qapıdan qırağa), Adiyia 3:2 (qapıçı), Abreu 4:2.
Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya)
Yohannesburq. Sokker Siti stadionu
URUQVAY: Muslera, Luqano, Viktorino, Kavani, Suares, Forlan, Peres, M.Pereyra, Eqidio, Alvaro, Fernandes.
QANA: Kinqson, Sarpey, Qyan, Peyntsil, Con, Mensa, Annan, İnkum, Muntari, Vorsa, Asamoa, Boatenq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0