Dunqa rəsmən qovuldu, Maradonadan isə qalmağı xahiş edirlər
05.07.2010 - 08:45
Dunqa Braziliya yığmasının baş məşqçi postunu rəsmən tərk edib. Apasport.az saytının məlumatına görə, ölkənin futbol federasiyasının rəhbərliyi 46 yaşlı mütəxəssisi istefaya göndərib. Yığma DÇ-2010-da Dunqanın rəhbərliyi altında uğursuz çıxış edərək, mübarizəni 1/4 finalda dayandırıb. 2006-cı ildə millinin sükanı arxasına keçən braziliyalı çalışdırıcı Cənubi Amerika (2007) və Konfederasiyalar Kubokunu (2009) qazanmışdı. Dunqanın xələfinin kim olacağı hələ bəlli olmasa da, federasiya bu ayın sonunadək onun adını açıqlayacağına söz verib.
Braziliya kimi mundilada mübarizəni dayandıran Cənubi Amerikanın digər favoriti – Argentina yığmasında isə baş məşqçi postunda dəyişiklik etməyə tələsmirlər. Hər halda, 1/4 finalda Almaniyaya biabırçı məğlubiyyətdən (0:4) sonra argentinalı çalışdırıcı Dieqo Maradonanı qovmaq əvəzinə onu vəzifəsindən saxlayırlar. Bu azmış kimi, Argentina Futbol Federasiyasının prezidenti Xulio Qrondona Maradonadan bu ilin avqustun 11-dək postunda qalmasını xahiş edib. Argentinalılar həmin gün İrlandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Qrondona Maradonanın vətənlərində keçiriləcək 2011-ci il Cənubi Amerika Kubokuna kimi postunda qalmasını istəyir.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0