İspaniya Bundestimi dayandırıb, tarixində ilk dəfə finala çıxdı
08.07.2010 - 00:19
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının ikinci finalçısı İspaniya millisi olub. Apasport.az saytının məlumatına görə, Visente Del Boskenin baş məşqçisi olduğu yığma əvvəlki mərhələlərdə İngiltərə, Argentina kimi güclü rəqibləri böyük hesabla yenən Almaniyanın öhdəsindən gəldi. Bütün görüş boyu topa nəzarət edən, almanlara öz oyununu oynamağa imkan verməyən ispanlar qələbə topunu sona yaxın vurdular. Künc zərbəsi zamanı rəqib meydanına gələn təcrübəli müdafiəçinin Karles Puyolun başla güclü zərbəsi qarşısıalınmaz oldu. Almaniya son Avropa çempionatının finalında olduğu kimi, ispanlara 0:1 hesablı uduzaraq, qisasını ala bilmədi.
Bununla da İspaniya tarixində ilk dəfə mundialın finalına çıxdı. Son Avropa çempionları iyulun 11-də finalda artıq 3-cü dəfə bu həlledici görüşə vəsiqə qazanan Hollandiya ilə sınaq gözləyir. İndiyə kimi üç dəfə (1954, 1974 və 1990-cı ildə) dünya çempionu olan almanlar isə ardıcıl ikinci il mundilada 3-cü yer uğrunda görüşə çıxacaq. Bundestim 4 il öncə Portuqaliyanı yenərək, bürünc medalçı olmuşdular. İndi onlar iyulun 10-da 3-cü yer uğrunda oyunda Uruqvay yığması ilə görüşəcək.
23:30. ALMANİYA – İSPANİYA - 0:1
QOL: Puyol, 73
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Durban. Şəhər stadionu
ALMANİYA: Manuel Noyer, Filip Lam, Per Mertezaker, Arne Fridrix, Cerom Batenq, Sami Xedira, Bastian Şvaynştayger, Pyotr Troxovski, Məsud Özil, Miroslav kloze, Lukas Podolski.
İSPANİYA: İker Kasilyas, Serxio Ramos, Xerard Pike, Karles Puyol, Xuan Kapdevilya, Serxio Buskets, Andres İnyesta, Xavi Ernandes, Xabi Alonso, Pedro Rodriges, David Vilya.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0