İker Kasilyas rekord vurdu
08.07.2010 - 11:21
İspaniya yığmasının kapitanı İker Kasilyas yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qapıçı dünya çempionatında artıq 313 dəqiqədir qol buraxmır. O, pley-off oyunlarının hamısından qapısının toxunulmazlığını qoruyub. İspan qapıçılar arasında buna qədərki rekord İqnasio Eyzaqerreyə məxsus idi. Onun 1950-ci ildə Braziliyada keçirilən dünya çempionatında “quru seriya”sı 282 dəqiqə təşkil etmişdi.
Qeyd edək ki, DÇ-2010-da iki qol buraxan Kasilyas qrup mərhələsində İsveçrə və Çili yığmaları ilə görüşlərdə qapısında bir top görüb.
Qeyd edək ki, DÇ-2010-da iki qol buraxan Kasilyas qrup mərhələsində İsveçrə və Çili yığmaları ilə görüşlərdə qapısında bir top görüb.
- Yüksək Liqada təyinatlar açıqlanıb
- Azərbaycan idmançılarının yeni reytinq cədvəli bəlli olub
- Azərbaycanın buzüstü rəqs cütlüyü dünya çempionatına vəsiqə qazanıb
- İmaməddin Xəlilov Özbəkistanda keçirilən beynəlxalq festivalda çıxış edib
- Azərbaycanın fiqurlu konkisürəni ilk dəfə Avropa çempionatında iştirak edəcək
0
0