Elnur Məmmədlini Barselonaya aparırlar
08.07.2010 - 15:52
Cüdo üzrə Azərbaycan milli komandasının aparıcı üzvləri iyulun 10-da İspaniyanın Barselona şəhəri yaxınlığındakı Kasteldefels əyalətinə təlim-məşq toplantısına yollanacaq. Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Ağayar Axundzadə məlumat verib.
Onun sözlərinə görə, Avropa Cüdo İttifaqının təşkil etdiyi hazırlıq prosesində öncədən 6 idmançının iştirakı nəzərdə tutulsa da, sonradan onların 2-sinə viza almaqda gecikiblər. Bu səbəbdən, Barselonaya 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli (81 kq), dünya və Avropa çempionatlarının mükafatçıları Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Usubova (63 kq) aparılacaq.
Bir həftə davam edəcək toplanış 9 – 13 sentyabrda Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyacaq.
Qeyd edək ki, Elnur Məmmədli dizindən zədələndiyi üçün 3-4 iyulda Rusiyanın paytaxtı Moskvada keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak edə bilməyib.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0