Elxan Rəcəbli: Bu dəfə dünya çempionu olacağam!
03.08.2010 - 23:01
“Belarusda keçirilən beynəlxalq təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Bizimlə bərabər toplanışda 15 ölkənin idmançıları iştirak edirdi. Yoxlama döyüşlərində gücümüzü sınamaq üçün gözəl şans yaranmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının üzvü Elxan Rəcəbli deyib.
O bildirib ki, Belarusda hazırlıq yüksək səviyyədə keçib və bu qarşıdan gələn dünya çempionatında uğurlu çıxış üçün gözəl zəmin yaradıb.
Cüdo üzrə Azərbaycan yığması növbəti həftədən İsmayıllıda təlim-məşq toplanışına başlayacaq. Burada da məşqlərini davam etdirəcək komandanın heyətində fərqlənməyə çalışacaq Rəcəbli dünya çempionatına kimi tam hazır olacağını deyib: “Avqustun 9-dan İsmayıllıda hazırlığımızı davam etdirəcəyik. Hazırda yaxşı formada olsam da, burada daha da ciddi məşqlər edəcəyəm. Çünki dünya çempionatında medal qazanmaq arzusundayam. Fikrimcə, arzumu bu dəfə reallaşdıracağam”.
Növbəti dünya çempionatının reqlamentində dəyişiklik edilib. Yeni qaydalara görə, bu dəfə çəkilər üzrə hər ölkədən 2 cüdoçu yarışda mübarizə apara bilər. Olimpiya çempionumuz Elnur Məmmədli ilə bərabər Azərbaycanın şərəfini 81 kq çəkidə qoruyan idmançımız Tokiodakı yarışda 600 lisenziya xalı qazana bilər: “Hazırda aktivimdə 340 lisenziya xalı var. Dünya çempionatında dəyişiklik edildiyindən, buradan birbaşa London-2012-yə vəsiqə qazanmaq mümkün deyil. Lakin əvəzində çempion 600 xala sahib olacaq. Düzdür, hələ heyət açıqlanmasa da, Yaponiyaya Məmmədli ilə mənim gedəcəyimi proqnozlaşdırmaq olar. Orada isə hansımız güclüyüksə, o da qələbə qazanacaq. Mən əgər Olimpiadaya getmək istəyirəmsə, heç bir rəqibimdən çəkinməli deyiləm”.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 9-13-də Tokioda keçiriləcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0