Azərbaycan Boks Federasiyasının rəhbərliyi olimpiadaya yollanan idmançılarla görüşəcək
06.08.2010 - 14:30
Sinqapurda keçiriləcək yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək boksçularla görüş keçiriləcək. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığıncaq sabah saat 12:00-da Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutacaq.
Federasiya rəsmilərinin iştirakı ilə keçiriləcək yığıncaqda əsas məqsəd Asiya ölkəsində Azərbaycanın idman şərəfini qoruyacaq Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq) və Elvin İsayevə (57 kq) mənəvi dəstək verməkdir. Görüşdən sonra akademiyanın boks zalında yığmanın mətbuat üçün açıq məşqi olacaq.
Qeyd edək ki, Sinqapur-2010 avqustun 14-də start götürəcək və 12 gün davam edəcək.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0