Azərbaycanın daha bir idmançısı olimpiya çempionudur!
17.08.2010 - 13:16
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığması daha bir qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura komandamızın heyətində ağırlıqqaldıran Nicat Rəhimov (69 kq) imza atıb.
Birdən qaldırmada 134 kq çəkinin öhdəsindən gələn idmançımız təkanla 161 kq çəkini ram edib. Hər iki yanaşmada bütün rəqiblərini qabaqlayan Rəhimov ümumi nəticədə 295 kq qaldıraraq, Olimpiya çempionu adına layiq görülüb.
Qeyd edək ki, ağırlıqqaldıranımız komandamızın aktivinə 4-cü qızıl medalı yazdırıb. Olimpiadanın ilk 2 günündə isə 3 idmançımız qüvvəsini sınayıb və hər üçü də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
0
0