Azərbaycan yığması Sinqapurda medal qoymadı
17.08.2010 - 16:00
Azərbaycan idmançıları Sinqapurda uğurlu çıxışlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, komandamız Yeniyetmələrin I Olimpiya Yay Oyunlarında daha bir qızıl medal qazanıb.
Sərbəst güləşçilərin mübarizəsində qüvvəsini sınayan Əli Maqomedabirov (100 kq) bütün rəqiblərinə qalib gələrək, Sinqapurda Azərbaycan himnini səsləndirən 5-ci idmançı olub. O, ilk görüşdə monqolustanlı Oyunbold Enxtugsə (3:1), daha sonra gürcüstanlı Geno Petriaşviliyə (3:0) hesabı ilə qalib gəlib. Yarımfinalda Manuolefoaga Sualevaya (Amerika Samoası) və həlledici mərhələdə Jesus Konyedonu (Kuba) da məğlub edən həmyerlimiz Olimpiya çempionu tituluna sahib olub.
Xatırladaq ki, Maqomedabirovdan öncə Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq) qızıl, Kənan Quliyev (54 kq) gümüş medala yiyələniblər.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0