Marsel Yansen Kölnə aparılmadı
04.09.2010 - 23:25
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsindəki ilk rəqibi Almaniya yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bundestimin təcrübəli futbolçularından olan Marsel Yansen zədələnərək yığmanın düşərgəsini tərk edib. O, sentyabrın 7-də Kölndə baş tutacaq matçda millimizə qarşı oynaya bilməyəcək.
36 dəfə milli forma geyən Marsel Almaniya yığmasının Belçika ilə sentyabrın 4-də keçirilən qarşılaşmasında xəsarət alıb. Həmin matçda dizindən zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan müdafiəçinin müayinəsi onun ən azı iki gün təlim-məşq toplanışından kənar qalmalı olduğunu üzə çıxarıb. Bunu görən baş məşqçi Yoahim Löv onun Brüsseldən Kölnə aparılmasını lazım bilməyib. Belə ki, Hamburqa göndərilən futbolçunu orda növbəti maqnit müayinəsi gözləyir.
Qeyd edək ki, Almaniya və Azərbaycan yığmaları arasında sentyabrın 7-də Kölndə keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0