Almaniyalılar topdan qorxur
05.09.2010 - 11:41
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının yer aldığı A qrupunda baş tutan Belçika – Almaniya görüşündə kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, olayın qəhrəmanı Brüsseldəki qarşılaşmadan reportaj hazırlayan almaniyalı televiziya şərhçisi olub. Özünü yeni sahədə sınayan yaxın keçmişin tanınmış futbolçusu Mehmet Şollun “siftə”si uğursuz alınıb.
Şoll meydanda olduğu vaxt heç kimin gözləmədiyi halda cəld hərəkətlə topdan yayınmağa çalışıb. Ona heç bir təhlükənin olmadığı halda belə hərəkət etməsi Cessika Kestrolun adı ilə bağlıdır. Məhz bu xanım şərhçinin stadionda olduğu vaxt başının Xalid Bulahruzun vurduğu topa tuş gəlməsi haqda hazırlanan video çarx digər almaniyalıları da qorxuya salıb. Məhz bunun nəticəsidir ki, Şoll olmayan topdan qorxaraq xəyalında canlandırdığı zərbədən yayınmağa çalışıb.

- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb
0
0